ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton gələcəkdə Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) alınması imkanını nəzərdən keçirə bilər.
Tramp NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, müharibə şəraitində Ukraynanın qısa müddətdə genişmiqyaslı PUA istehsalını təşkil etməsi diqqətəlayiq nailiyyətdir.
ABŞ lideri Ukraynanın bu sahədə əldə etdiyi təcrübəni yüksək qiymətləndirərək, ölkəsinin gələcəkdə Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının alınması ilə maraqlana biləcəyini qeyd edib.
//Samir Qurbanov, Editor.az

