Messi dünya çempionatları tarixinin ən məhsuldar assistenti oldubackend

Messi dünya çempionatları tarixinin ən məhsuldar assistenti oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu adına sahib çıxıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir millisinə qarşı keçirilən görüşdə Messi müdafiəçi Kristian Romeronun qoluna məhsuldar ötürmə verərək mundiallardakı assistlərinin sayını 9-a çatdırıb. Bununla da o, turnirin tarixində yeni rekorda imza atıb.

ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçirilən qarşılaşma Argentinanın 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı Misir yığması açıb. Yasser İbrahim 15-ci dəqiqədə fərqlənib, Mustafa Ziko isə komandasının ikinci qolunu vurub. Argentina heyətində Kristian Romero 79-cu dəqiqədə fərqi minimuma endirib, Lionel Messi 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Qələbə qolunu isə əlavə olunmuş vaxtın ikinci dəqiqəsində Enso Fernandes vurub.

Qeyd edək ki, Messi matçın 21-ci dəqiqəsində təyin olunan penalti zərbəsindən yararlana bilməyib. Misirin ikinci hissədə vurduğu daha bir qol isə qayda pozuntusu səbəbindən VAR yoxlamasından sonra ləğv edilib.

Argentina millisi 1/4 finalda İsveçrə – Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

//Gülnarə Abasova, Editor.az