Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir.
Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə görüşü çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.
Tərəflər sənədin vətəndaşların sərbəst hərəkətinə, turizm, iqtisadi, humanitar və işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini bildiriblər.

