Ankarada bir detal liderlərin gülüşünə səbəb oldu – Maraqlı anların VİDEOSUbackend

Ankarada bir detal liderlərin gülüşünə səbəb oldu – Maraqlı anların VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO sammitində diqqətçəkən məqamlardan biri Albaniyanın Baş naziri Edi Ramanın ayaqqabıları olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı maraqlı görüntülər yayılıb.

Edi Rama NATO Liderlər Zirvəsinə klassik ayaqqabı əvəzinə idman ayaqqabısı ilə qatılıb.

Fransa Prezidenti Emmanuel Makron onunla zarafat edib. Bu zaman bəzi liderlərin də Ramanı göstərərək gülümsədiyi kadrlara düşüb.

Rama isə uzunboylu olmasına eyham vuraraq, “Bir pillə aşağı düşüm?” deyə zarafat edib.

Daha sonra NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampa Ramanın ayaqqabılarını göstərərək gülüb. Lakin Trampın buna xüsusi reaksiya vermədiyi görünüb.

Qeyd edək ki, Edi Ramanın ağ idman ayaqqabıları artıq uzun illərdir onun fərqləndirici üslubunun bir hissəsidir. Bu ayaqqabılar daha əvvəl də beynəlxalq sammitlərdə diqqət çəkib. Hətta ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ramanın ayaqqabılarını bəyəndiyini zarafatla dilə gətirmiş, Rama isə “Sənin maşınına da bir cüt qoymuşam” cavabını vermişdi.