Zelenski Trampla görüşü şərh etdi: Ukraynanın hava hücumundan müdafiəsi əsas müzakirə mövzusu olubbackend

Zelenski Trampla görüşü şərh etdi: Ukraynanın hava hücumundan müdafiəsi əsas müzakirə mövzusu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü dəyərləndirib. O, Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsinə göstərdiyi diqqətə görə Trampa təşəkkür edib.

Zelenskinin sözlərinə görə, görüş zamanı Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması əsas müzakirə mövzularından biri olub. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Ukrayna lideri bununla bağlı açıqlamasını özünün rəsmi Telegram kanalında paylaşıb.

//Samir Qurbanov, Editor.az