İran ordusu Bəhreyndə yerləşən “Şeyx İsa” aviabazasındakı ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. Açıqlamada bildirilib ki, bölgədəki bütün ABŞ hərbi bazaları ordunun pilotsuz təyyarələrinin qanuni hədəfi olacaq.
“Amerikanın ölkənin cənubundakı hərbi və mülki ərazilərə hücumundan və anlaşma memorandumunun 14-cü bəndinin müddəalarını pozmasından sonra, İran İslam Respublikası ordusunun pilotsuz uçuş təyyarələri (PUA) bu səhərdən etibarən Bəhreyndə yerləşən “Şeyx İsa” aviabazasındakı ABŞ qüvvələrinin toplanma mərkəzlərinə hücum edib. Vaşinqtonun atəşkəsi açıq və təkrar pozması cinayətkar xarakter daşıyır və bölgədəki bütün ABŞ bazaları ordunun pilotsuz təyyarələrinin qanuni hədəfi olacaq”, – deyə SEPAH-ın bəyanatında bildirilib.

