Dənizdə boğulan 28 yaşlı gəncin MEYİTİ TAPILDIbackend

Dənizdə boğulan 28 yaşlı gəncin MEYİTİ TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.