ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının final qarşılaşmasını canlı olaraq stadiondan izləyəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
Həlledici görüş iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən Nyu-York–Nyu-Cersi Stadionunda keçiriləcək. Finalda Argentina və İspaniya milliləri üz-üzə gələcəklər. Qarşılaşma Moskva vaxtı ilə saat 22:00-da, Bakı vaxtı ilə isə saat 23:00-da başlayacaq.
.Bundan əvvəl FIFA prezidenti Canni İnfantino da Donald Trampın final matçında iştirak edəcəyini və mükafatlandırma mərasimində Dünya Kubokunu qalib komandaya təqdim edəcəyini açıqlamışdı.
//Samir Qurbanov, Editor.az

