Türkiyə Kiyev və Moskva arasında danışıqların yeni raundunda vasitəçilik etməyə hazırdırbackend

Türkiyə Kiyev və Moskva arasında danışıqların yeni raundunda vasitəçilik etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı ölkəsinin Kiyev və Moskva arasında danışıqların yeni raundunda vasitəçilik etməyə hazır olduğunu təsdiq edəcək

Editor.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti yazıb. Qeyd olunur ki, Fidan Rusiyaya səfəri zamanı Putinlə görüşüb və onların görüşü bir saata yaxın davam edib.

Qeyd edək ki, Türkiyə diplomatiyasının rəhbərinin Rusiyaya səfəri iki gün davam edəcək. Onun rusiyalı həmkarı Sergey Lavrov və Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşü gözlənilir. Nəşr yazır ki, Fidan Türkiyənin genişmiqyaslı müharibədə ədalətli və davamlı sülhə sadiqliyini vurğulayacaq və ölkənin danışıqların yeni raundunda vasitəçi kimi töhfə verməyə hazır olduğunu təsdiq edəcək.

//Samir Qurbanov, Editor.az