Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan Omsk Neft Emalı Zavoduna (NEZ) uğurlu zərbə endirildiyini açıqlayıb.
Bildirilib ki, zavod Ukrayna dövlət sərhədindən təxminən 2 500 kilometr məsafədə yerləşir.
Məlumata görə, zərbə nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Baş Qərargah ilkin məlumatlara əsasən, zavodun neftin ilkin emalı üzrə əsas texnoloji qurğularından birinin vurulduğunu bildirib. Dəymiş ziyanın miqyası isə dəqiqləşdirilir.
//Samir Qurbanov, Editor.az

