Sikorski: Rusiya Polşa ilə Ukrayna arasında gərginlikdən faydalanırbackend

Sikorski: Rusiya Polşa ilə Ukrayna arasında gərginlikdən faydalanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Polşa və Ukrayna arasında fikir ayrılıqlarını dərinləşdirməyə çalışdığını bildirən Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, müxtəlif təxribat xarakterli bəyanatlar və addımlar Moskvanın iki xalqı bir-birinə qarşı qoymaq cəhdlərinə xidmət edir.

Nazirin sözlərinə görə, bu vəziyyət Rusiyanın maraqlarına uyğundur və Moskva polyaklarla ukraynalılar arasında yaranan gərginlikdən məmnunluq duyur.

Sikorski hər iki xalqı təxribatlara uymamağa və qarşılıqlı anlaşmanı qorumağa çağırıb.

//Samir Qurbanov, Editor.az