WELT: Ukrayna Avropa üçün ABŞ-dan daha strateji əhəmiyyət daşımağa başlayırbackend

WELT: Ukrayna Avropa üçün ABŞ-dan daha strateji əhəmiyyət daşımağa başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa təhlükəsizlik sahəsində yeni mərhələyə qədəm qoyur. Almaniyanın WELT nəşrinin təhlükəsizlik üzrə ekspertlərə istinadən yaydığı məlumata görə, qitə ölkələri sürətlə silahlanmanı gücləndirir və müdafiə sahəsində getdikcə daha çox Ukraynanın təcrübəsinə arxalanır.

Məqalədə bildirilir ki, Avropa dövlətləri müdafiə imkanlarını genişləndirmək üçün yenidən silahlanma proqramlarını sürətləndirir. Eyni zamanda, ABŞ ilə uzun illər davam edən ənənəvi müdafiə tərəfdaşlığının əvvəlki səviyyədə olmadığı qeyd olunur.

Ekspertlərin fikrincə, Ukraynanın Rusiya ilə müharibə zamanı qazandığı real döyüş təcrübəsi, müasir hərbi texnologiyaların tətbiqi və innovativ müdafiə həlləri Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən Ukrayna artıq yalnız təhlükəsizlik dəstəyi alan ölkə deyil, həm də Avropanın gələcək müdafiə strategiyasının formalaşmasına təsir göstərən əsas tərəfdaşlardan biri kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az