Almaniyada Ukraynaya məxsus təyyarəyə qarşı mümkün təxribat: Partlayıcı qurğulu dron aşkarlanıbbackend

Almaniyada Ukraynaya məxsus təyyarəyə qarşı mümkün təxribat: Partlayıcı qurğulu dron aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu ilə təchiz olunmuş pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

BILD nəşrinin məlumatına görə, təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb olunaraq dronun üzərindəki partlayıcı qurğunu zərərsizləşdiriblər. Məlumata əsasən, insident Ukraynaya məxsus Antonov An-124 yük təyyarəsinin yaxınlığında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Almaniya hüquq-mühafizə orqanları mümkün təxribat və ya sabotaj ehtimalı ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Hadisənin arxasında kimin dayandığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi əməliyyatlarda isə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. BILD-in məlumatına görə, istintaq davam edir.

//Samir Qurbanov, Editor.az