Beynəlxalq Futbol Federasiyası (FIFA) 2030-cu il Dünya Çempionatının final oyununu İspaniyanın paytaxtı Madrid əvəzinə Mərakeşdə keçirməyi nəzərdən keçirir.
The Times nəşrinin məlumatına görə, finalın Mərakeşin Kasablanka şəhərində tikilən Hassan II stadionunda keçirilməsi planlaşdırılır.
İddialara əsasən, FIFA prezidenti Canni İnfantino bu addımla təşkilat daxilində artan təzyiqlər fonunda Mərakeşin dəstəyini möhkəmləndirməyə çalışır.
Qeyd olunur ki, 2030 Dünya Çempionatı İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi ilə keçiriləcək. Lakin turnirin final matçının hansı ölkədə təşkil olunacağı ilə bağlı FIFA hələlik rəsmi qərar açıqlamayıb.
//Samir Qurbanov, Editor.az

