Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin əlavə raketdən müdafiə sistemləri ilə təmin olunması ilə bağlı tərəfdaşlardan mənfi cavab aldıqlarını təsdiqləyib.
Zelenski bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, bəzi tərəfdaşların bu silahları qəsdən gecikdirməsinin səbəbi Ukraynanın danışıqlarda daha güzəştli mövqe tutmasına nail olmaq cəhdi ola bilər.
Prezident bildirib ki, Ukrayna öz təhlükəsizliyini təmin etmək üçün müasir antiballistik və hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyac duyur. O vurğulayıb ki, belə qərarlar ölkənin müdafiə imkanlarına və mülki əhalinin təhlükəsizliyinə birbaşa təsir göstərir.
//Samir Qurbanov, Editor.az

