45 yaşlı Nahid faciəvi şəkildə öldübackend

45 yaşlı Nahid faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb.

Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.