92 nömrəli avtobus marşrutu yenilənir: Gedişhaqqı nə qədərdir?backend

92 nömrəli avtobus marşrutu yenilənir: Gedişhaqqı nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 92 nömrəli avtobus marşrutunda sərnişinlərə xidmət göstərən nəqliyyat vasitələri yeniləri ilə əvəz olunur. Binəqədi qəsəbəsinin 10 May küçəsini “Memar Əcəmi” metro stansiyası ilə birləşdirən xəttə müasir avtobuslar cəlb ediləcək.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, marşrut üzrə avtobus parkının yenilənməsinə bu ilin aprel ayında başlanılıb. Həmin vaxt nəqliyyat vasitələrinin bir hissəsi dəyişdirilib. Hazırda isə daşıyıcı şirkət tərəfindən əlavə yeni avtobuslar gətirilərək xəttə buraxılır.

Oktyabrın 14-dən etibarən 92 nömrəli marşrutda 14 müasir avtobus sərnişinlərin xidmətində olacaq. CNG texnologiyası ilə işləyən nəqliyyat vasitələri ekoloji cəhətdən daha təmiz yanacaqdan istifadə edir.

AYNA-nın məlumatına əsasən, marşrut üzrə gedişhaqqı 60 qəpik təşkil edir. Avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçirilir.

Agentlik sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması, vətəndaşların rahatlığının təmin edilməsi və təhlükəsizliyin yüksəldilməsi məqsədilə avtobus parkının yenilənməsi istiqamətində işləri davam etdirir.