Bakının Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə insident baş verib. Hadisə nəticəsində iki şagird xəsarət alıb.
Editor.az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, məktəbin ərazisinə daş atılıb və nəticədə iki şagird yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanıldığı bildirilir.
İnsidentlə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

