Sabahın hava proqnozu açıqlandı: Bakıda 26 dərəcə isti olacaqbackend

Sabahın hava proqnozu açıqlandı: Bakıda 26 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxtda və bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, bəzi ərazilərdə isə duman müşahidə olunacağı proqnozlaşdırılır.

Editor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeronda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında səmanın dəyişkən buludlu olacağı, bəzi vaxtlarda buludların artacağı gözlənilir. Gün ərzində əsasən yağış yağmayacaq. Bununla belə, oktyabrın 13-dən 14-nə keçən gecə bəzi ərazilərdə qısamüddətli zəif çiskin ehtimalı var.

Cənub-şərq küləyinin gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcəyi bildirilir. Səhər və axşam saatlarında arabir duman müşahidə oluna bilər.

Paytaxtda havanın temperaturu gecə 17-21, gündüz isə 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 763 mm civə sütunu, nisbi rütubətin isə 65-75 faiz təşkil edəcəyi gözlənilir.

Rayonlarda hava şəraiti

Azərbaycanın bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Ərazilərdə mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında gecə temperaturu 14-18, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.