Qara dənizdə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan gəmidə Azərbaycan vətəndaşlarının da olduğu məlum olub.
Editor.az Bolqarıstanın BTA xəbər agentliyinə istinadən xəbər verir ki, ölkənin Baş naziri Rumen Radev hadisə ilə bağlı açıqlama verib və hücumu qəbuledilməz adlandırıb.
Hadisədən sonra Bolqarıstan Nazirlər Şurasının Təhlükəsizlik Şurasının təcili toplantısı çağırılıb.
Baş nazirin sözlərinə görə, Bolqarıstanın Byala şəhərindən təxminən 18 dəniz mili şərqdə hərəkət edən gəmi üç dronun hücumuna məruz qalıb.
Hadisəyə dərhal müdaxilə edən sərhəd polisi gəmidə olan şəxsləri təhlükəsiz şəkildə xilas edib. Rumen Radev bildirib ki, xilas edilənlər arasında 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı olub.
Bolqarıstanın hökumət başçısı hadisəyə operativ reaksiya verildiyini vurğulayıb.

