Bakıda məktəbdə yanğın törətmək istəyən 6 nəfər tutuldu – FOTO, VİDEObackend

Bakıda məktəbdə yanğın törətmək istəyən 6 nəfər tutuldu – FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhdlə bağlı 6 nəfər saxlanılıb. Saxlanılanlar arasında əvvəllər məhkum olunmuş şəxs və məktəbin yuxarı sinif şagirdləri də var.

Editor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, hadisə oktyabrın 12-də paytaxtın Yasamal rayonundakı orta məktəblərdən birində baş verib. Məktəbdə yanğın törətməyə cəhd göstərilməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov saxlanılıb. Onunla yanaşı, həmin təhsil müəssisəsinin 10-cu və 11-ci siniflərində oxuyan daha beş şagird də tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.