Ukrayna 3 vacib sahədə ABŞ-dan kəskin şəkildə asılıdır – DETALLARbackend

Ukrayna 3 vacib sahədə ABŞ-dan kəskin şəkildə asılıdır – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Donald Trampın Volodimir Zelenskiyə təsir rıçaqları xeyli azalıb, çünki Ukrayna artıq ABŞ-dən birbaşa maliyyə dəstəyi almır.

Bu barədə “The Telegraph” nəşri yazır.

Ağ Ev rəhbəri Donald Tramp qəfildən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı şəxsi qisas kampaniyasını bərpa edib və Kremlin rəhbəri Vladimir Putinə sarsılmaz sadiqliyini növbəti dəfə nümayiş etdirib.

Nəşr bildirir ki, Tramp bir gün ərzində Zelenskinin siyasi istefasını tələb edib və eyni zamanda ABŞ Konqresinə seçkilər ərəfəsində Rusiya dizel yanacağının idxalı ilə bağlı Putinlə fövqəladə saziş elan edib.

Məqalədə qeyd olunur ki, bu addımlar vəziyyəti Trampın 2025-ci ildəki prezidentliyinin ilk aylarına qaytarıb. Həmin vaxt o, Putinlə yaxınlaşmaq, Zelenskini sındırmaq və Ukraynanı Rusiyanın şərtləri ilə sülh tənzimlənməsinə razı salmaq üçün bütün səylərini göstərirdi.

“Zelenskinin amansız sağ qalma qanunlarının hökm sürdüyü bu qəddar güc siyasəti nümunəsindən çıxardığı dərs o oldu ki, hər hansı bir məsələdə Trampa bel bağlamaq həddindən artıq təhlükəli işdir”, – deyə nəşr vurğulayır.

Məqalədə bildirilir ki, bu gün Trampın Zelenskiyə təsir rıçaqları xeyli azalıb, çünki Ukrayna artıq ABŞ-dən pul almır. Doğrudur, Amerika silahları əvvəlki kimi Ukraynaya daxil olmaqda davam edir, lakin onlar kommersiya şərtləri ilə satılır və ödənişi Ukraynanın avropalı müttəfiqləri tərəfindən həyata keçirilir.

Buna baxmayaraq, nəşr qeyd edir ki, asılılığın üç kritik vacib sahəsi qalmaqdadır.

Birincisi – Ukraynanın hərbi əməliyyatları, xüsusilə Rusiya ərazisindəki hədəflərə uzaqməsafəli zərbələr üçün döyüş kəşfiyyatıdır. Hesab olunur ki, ABŞ-nin dövlət strukturları arasında yalnız MKİ (CIA) və bütövlükdə kəşfiyyat birliyi Ukraynanı dəstəkləməyə davam edib. Xüsusilə, onlar Ukraynaya Rusiya ərazisindəki getdikcə daha çox hədəfi dəqiqliklə vurmağa imkan verən peyk məlumatları təqdim edir.

Əməkdaşlığın ikinci və bəlkə də ən təcili istiqaməti ballistik raketlərin vurulması üçün raketəleyhinə tutucu sistemlərin təchizatıdır. Hazırda yalnız Amerikanın “Patriot” sistemləri Putinin hər gün Ukrayna şəhərlərinə zərbələr endirən ən güclü silahlarını məhv etməyə qadirdir.

Asılılığın sonuncu sahəsi isə avropalı müttəfiqlərin NATO-nun PURL adlı mexanizmi çərçivəsində ödənişini etdiyi Amerika silahlarının Ukraynaya satışıdır.

Nəşr diqqətə çatdırıb ki, amerikalı rəsmilər artıq avropalı həmkarlarına bildiriblər ki, əgər Zelenski Ukraynanın Rusiya neftayırma zavodlarına hücumlarını dayandırmasa, Tramp bu proqram üzrə silah tədarükünü dayandıracaq.

“Avropanın bu itkiləri kompensasiya edə biləcəyi qitənin öz silah istehsalı gücündən asılıdır ki, bu da xüsusilə Almaniya və Polşada müdafiə büdcələrinin kəskin artması nəticəsində yaranan tələbatı çətinliklə qarşılayır”, – məqalədə deyilir.

Nəşr proqnozlaşdırır ki, Avropa hökumətləri tədarükü öz silahlı qüvvələrindən ayırıb Ukraynaya üstünlük verib-verməmək barədə qərar qəbul etməli olacaqlar.

Ukraynanın avropalı müttəfiqlərinin ABŞ-dən daxil olan kəşfiyyat məlumatlarının itkisini tamamilə kompensasiya edə bilməyəcəyi ehtimal olunur.

Bundan əlavə, nəşr qeyd edib ki, raketəleyhinə tutucular və daha geniş silah tədarükü ilə bağlı qərarlar qəbul edilə bilər, lakin bu, qısamüddətli perspektivdə baş verməyəcək.

“Zelenskinin ABŞ-dən olan asılılıqdan azad olmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, Tramp Ukraynaya zərər vuraraq öz düşmənçiliyini aparmaq kimi təhlükəli qabiliyyətini saxlayır”, – deyə nəşr yazır.

Qeyd edək ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini sülh üçün problemlər yaratmaqda ittiham edib. O hesab edir ki, Ukraynaya başqa dövlət başçısı lazımdır. Ağ Ev rəhbərinin fikrincə, Zelenskinin Rusiya ilə müharibəni bitirmək üçün “çoxlu” imkanları olub, lakin o, “bunu etməməyi seçib”. Buna görə də o düşünür ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb.

Zelenski Trampın Vladimir Putini dayandırmaq üçün yol tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərdiyini bəyan edib. Onun fikrincə, Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Buna görə də Tramp Ukraynanın dizel yanacağının yüksək qiymətlərində təqsirkar olduğunu iddia edir. Zelenskinin sözlərinə görə, “dünyada hərkəs” anlayır ki, neft və neft məhsullarının qiyməti Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokladası səbəbindən qalxıb.

Musavat.com