Bakıda anasını bıçaqlayan şəxslə bağlı yeni təfərrüatlarbackend

Bakıda anasını bıçaqlayan şəxslə bağlı yeni təfərrüatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxslə bağlı yeni məlumatlar məlum olub.

Editor.az-ın əldə etdiyi məlumata görə, 51 yaşlı Mehriban Abdullayevaya bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən K.Abdullayevin uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Məlumata əsasən, ailənin böyük oğlu evləndikdən sonra valideynlərindən ayrı yaşayıb. K.Abdullayev isə atası və anası ilə eyni evdə qalıb.

Ailənin başçısı Vahid Abdullayev restoranlardan birində gözətçi işləyib. Hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayevin isə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma departamentində fəhlə kimi çalışdığı bildirilir. Ailənin onu bir neçə dəfə müalicəyə apardığı da qeyd olunur.

Hadisənin baş verdiyi gün gecə saatlarında K.Abdullayevin qəfil əsəbiləşərək özünə xəsarət yetirmək istədiyi iddia edilir. Bunu görən anası bıçağı onun əlindən almağa və oğlunu sakitləşdirməyə çalışıb.

Lakin vəziyyət gərginləşib və nəticədə qadın bıçaq xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırmanın nəticələri və təqsirləndirilən şəxsin hüquqi vəziyyəti barədə əlavə məlumat verilməyib.