Aİ ölkələri ABŞ-ın razılığı olmadan uzaqmənzilli raketlər ötürə bilərbackend

Aİ ölkələri ABŞ-ın razılığı olmadan uzaqmənzilli raketlər ötürə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın yeni raket sistemləri ABŞ-ın ixrac nəzarətindən kənarda qala bilər. Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-ın siyasi razılığı olmadan digər dövlətlərə uzaqmənzilli raketlər ötürmək imkanına sahib ola bilər.

Editor.az xəbər verir ki, bu barədə “Roskongress” Fondunun “Miqyaslana bilmə və əlçatanlıq: NATO və müttəfiqlərinin hərbiləşdirilməsinə yeni yanaşma” adlı məruzəsində qeyd olunub.

Məruzədə bildirilir ki, Avropada hazırlanmış yeni silah sistemlərində ABŞ istehsalı olan komponentlərdən imtina edilməsi bu imkanları genişləndirib. Nəticədə, həmin raket sistemlərinin Vaşinqtonun ixrac nəzarətindən kənarda saxlanılması mümkün ola bilər.

Sənədin müəlliflərinin fikrincə, bu, ABŞ-ın Avropadakı müttəfiqlərinə uzaqmənzilli və yüksək dəqiqlikli silahları Ağ Evin siyasi razılığını almadan digər ölkələrə ötürmək və tətbiq etmək imkanı yaradır.

Bundan əvvəl, oktyabrın 9-da Britaniyanın “The Telegraph” qəzeti NATO və Avropa İttifaqının Yunanıstanı və İspaniyanı istismar müddəti başa çatmaq üzrə olan PAC-2 tipli raket əleyhinə tutucu raketləri Ukraynaya verməyə razı salmağa çalışdığını yazıb.

Nəşrin məlumatına görə, Afina və Madrid hələlik həmin raketlərin Ukraynaya təhvil verilməsindən imtina edir.

Qeyd edək ki, bundan əvvəl hərbi analitik Ukraynanın hava hücumundan müdafiə sistemlərinin imkanlarının tükənmək üzrə olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az