Gürcüstan 112 nəfəri ölkədən çıxardı: Azərbaycan vətəndaşları da varbackend

Gürcüstan 112 nəfəri ölkədən çıxardı: Azərbaycan vətəndaşları da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda həyata keçirilən tədbirlər çərçivəsində 112 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb. Deportasiya olunan şəxslər arasında Azərbaycan vətəndaşları da yer alıb.

Editor.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, deportasiya edilən şəxslər müxtəlif ölkələri təmsil edirlər. Onların arasında Azərbaycan, Ermənistan, Banqladeş, Burundi, Vyetnam, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Livan, Mərakeş, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə və Türkmənistan vətəndaşları da var.

Məlumatda qeyd olunub ki, ölkədən çıxarılan əcnəbilərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.

Deportasiya tədbirlərinin konkret səbəbləri və Azərbaycan vətəndaşlarının sayı barədə açıqlamada əlavə məlumat verilməyib.