Tramp Zelenskinin Patriot raketləri ilə bağlı tələbini rədd etdi – FTbackend

Tramp Zelenskinin Patriot raketləri ilə bağlı tələbini rədd etdi – FT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə sistemi raketlərinin verilməsi ilə bağlı müraciəti qəbul etməyib.

Editor.az xəbər verir ki, Financial Times qəzetinin danışıqlara yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Evdə, Oval kabinetdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Patriot sistemi üçün yüzlərlə əlavə raket istəyib.

Lakin nəşrin iddiasına əsasən, Donald Tramp bu xahişi rədd edib. Məlumatda qərarın səbəbləri açıqlanmır.
Hələlik nə Ağ Ev, nə də Ukrayna Prezident Aparatı məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az