Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ÖLDÜbackend

Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda 16 yaşlı qız zəhərlənmədən ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisə nəzarət altında saxlanılır:

“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.