Ermənistanın Nazirlər Kabineti yeni parlamentin fəaliyyətə başlamasından öncə istefaya gedəcək.
Oxu.Azxəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin toplantısında bəyan edib.
“9-cu çağırış parlamentin qurulması ilə əlaqədar olaraq bu, bizim sonuncu görüşümüzdür”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Ölkə Konstitusiyasına görə, hökumət istefa verməlidir və bundan sonra prezident parlament çoxluğunun təqdim etdiyi namizədi baş nazir postuna təyin edəcək.
Ermənistanın Parlamenti avqustun 2-dən etibarən fəaliyyətə başlayır. Yeni hökumətin tərkibi məhz həmin orqan tərəfindən müəyyənləşdiriləcək.

