Yaponiya ilk dəfə öz esminesindən “Tomahawk” raketini buraxdıbackend

Yaponiya ilk dəfə öz esminesindən “Tomahawk” raketini buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya ilk dəfə olaraq JS Chokai esminesindən Tomahawk qanadlı raketinin sınaq buraxılışını uğurla həyata keçirib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, sınaq Aegis döyüş idarəetmə sistemi ilə təchiz edilmiş JS Chokai esminesindən keçirilib.

Bu addım ölkənin uzaqmənzilli zərbə imkanlarının gücləndirilməsi istiqamətində mühüm mərhələ hesab olunur.
Qeyd edək ki, Yaponiya son illərdə müdafiə strategiyasını yeniləyərək ABŞ istehsalı olan Tomahawk qanadlı raketlərini arsenalına daxil edib. Bu raketlər uzaq məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.

//Samir Qurbanov, Editor.az