Aİ Ukraynadan hərbi xidmətdən yayınanlarla bağlı qərarını rəsmən açıqladıbackend

Aİ Ukraynadan hərbi xidmətdən yayınanlarla bağlı qərarını rəsmən açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün tətbiq edilən müvəqqəti müdafiə statusunun daha bir il uzadılmasını təsdiqləyib.

Bununla yanaşı, yeni qərarda hərbi xidmətdən yayınan Ukrayna vətəndaşları ilə bağlı əlavə qaydalar da nəzərdə tutulub.
Məlumata görə, dəyişikliklər əsasən bundan sonra Aİ ölkələrinə gələcək hərbi çağırış yaşında olan Ukrayna vətəndaşlarına şamil ediləcək.

Yeni qaydalara əsasən, qanunsuz şəkildə ölkəni tərk edərək hərbi xidmətdən yayınan şəxslərin müvəqqəti müdafiə statusu əldə etməsi məhdudlaşdırıla bilər.

Hazırda Aİ-də müvəqqəti müdafiə statusundan istifadə edən Ukrayna vətəndaşlarının hüquqları isə qüvvədə qalacaq. Yeni qərar Ukraynaya dəstəyin davam etdirilməsi və üzv dövlətlərin miqrasiya siyasətinin daha səmərəli tənzimlənməsi məqsədi daşıyır.

//Samir Qurbanov, Editor.az