ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Tehrandan istədiyi nəticəni əldə etməyəcəyi təqdirdə İrana qarşı hərbi əməliyyatların yenidən başlayacağını bəyan edib.
Editor.az xəbər verir ki, Tramp bu barədə TF1/LCI telekanalına açıqlamasında danışıb. O bildirib ki, ABŞ hazırda İranla danışıqları davam etdirsə də, bu proses nəticə verməsə, Vaşinqton yenidən sərt hərbi addımlar atmağa hazırdır.
ABŞ liderinin sözlərinə görə, danışıqların uzanmasına imkan verilməyəcək və əgər Vaşinqtonun tələbləri yerinə yetirilməsə, hərbi variant yenidən gündəmə gətiriləcək.
//Samir Qurbanov, Editor.az

