Azərbaycanda təxminən 90 çimərlik var və onlardan cəmi yeddisi ödənişsiz fəaliyyət göstərir.
Milli.Az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, çimərliklərə girişin ödənişli olması ilə bağlı ictimai narazılıqlar fonunda səsləndirilib.
Paytaxt sakinləri hesab edirlər ki, çimərliklərə giriş pulsuz olmalı, ödəniş isə yalnız göstərilən xidmətlərə görə alınmalıdır.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti isə bildirib ki, onların əsas vəzifəsi çimmək üçün təhlükəli əraziləri müəyyənləşdirərək vətəndaşları məlumatlandırmaqdır.
Qurum əlavə edib ki, verilişdə qeyd olunan çimərliklərin sayı rəsmi deyil, təxmini göstəricidir.

