Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbuluna qarşı çıxdıbackend

Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbuluna qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş prosedurla qəbul edilməsini dəstəkləmir.

Macarıstanın xarici işlər naziri Anita Orbán bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü digər namizəd ölkələr üçün tətbiq olunan ümumi qaydalar əsasında həyata keçirilməlidir. Nazir bu barədə ATV telekanalına müsahibəsində danışıb.

Budapeşt hesab edir ki, Kiyevə Aİ-yə üzvlük prosesində digər ölkələrdən daha əlverişli və ya sürətli şərtlər təqdim edilməməlidir. Macarıstan daha əvvəl də Ukraynanın üzvlük prosesinin sürətləndirilməsinə qarşı olduğunu açıqlayıb.
Anita Orbán həmçinin qeyd edib ki, Macarıstan Ukraynanın Aİ-yə inteqrasiyasının mövcud qaydalar və islahatların icrasına əsaslanan prosedur çərçivəsində davam etdirilməsini dəstəkləyir.

Budapeştin mövqeyində Ukraynanın Zakarpatyedəki macar azlığının hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi də mühüm amil olaraq qalır. Macarıstan daha əvvəl bu öhdəliklərin icra edilməməsi halında Aİ-yə üzvlük danışıqlarının müvafiq mərhələsinin dayandırıla biləcəyini bəyan etmişdi.

//Samir Qurbanov, Editor.az