Çində ən etibarlı benzin və dizel avtomobillər açıqlanıbbackend

Çində ən etibarlı benzin və dizel avtomobillər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

J.D. Power şirkəti Çin avtomobil bazarında benzin və dizel mühərrikli avtomobillərin etibarlılığı ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.

Editor.az xəbər verir ki, araşdırmada 2022-ci ilin yanvarından 2025-ci ilin martınadək avtomobil alan 11 119 avtomobil sahibi iştirak edib. Şirkət 34 markanın 109 modelini qiymətləndirib.

Reytinq problemlərin hər 100 avtomobilə düşən sayı (PP100) əsasında hazırlanıb. Göstəricinin aşağı olması avtomobilin daha etibarlı olduğunu göstərir.

Araşdırmanın model kateqoriyası üzrə ən etibarlı avtomobillər sırasında Changan Eado Plus, Mercedes-Benz C-Class, Nissan Sylphy Classic, Toyota Corolla və Toyota Camry yer alıb.
Siyahıya həmçinin Volvo S90, Land Rover Discovery Sport, Chery Tiggo 7/7 Plus, Chery Tiggo 8 Pro, Toyota Wildlander, Lexus RX, Ford Edge/Edge L, Land Rover Range Rover və Buick GL8 kimi modellər daxil edilib.
Çin istehsalçıları arasında isə Chery 181 PP100 göstəricisi ilə ilk pillədə qərarlaşıb. FAW Hongqi və GAC Trumpchi 186 PP100 nəticə ilə ikinci, Jetour isə 198 PP100 göstəricisi ilə üçüncü olub.

Araşdırma Çin bazarında daxiliyanma mühərrikli avtomobillər arasında etibarlılıq baxımından həm yerli, həm də xarici markaların rəqabətinin yüksək olduğunu göstərib.

//Samir Qurbanov, Editor.az