İran ABŞ-ın təhdidlərinə ironik cavab verdibackend

İran ABŞ-ın təhdidlərinə ironik cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-ın Tehrana qarşı yeni iqtisadi təzyiq və sanksiya təhdidlərini sərt şəkildə tənqid edib.

Qalibaf bildirib ki, İranın ticarət tərəfdaşları Vaşinqtonun açıqlamalarını ciddi qəbul etmir. O, bu barədə sosial şəbəkə X-də paylaşım edib.

“İranın ticarət tərəfdaşları həm mediada, həm də bizə göndərdikləri mesajlarda bu bəyanatlara əhəmiyyət vermədiklərini açıq şəkildə bildiriblər”, – deyə Qalibaf qeyd edib.

Onun sözlərinə görə, ABŞ iqtisadi baxımdan İranın digər ölkələrlə əlaqələrini daha da məhdudlaşdırmaq imkanında deyil.

Qalibafın açıqlaması ABŞ-ın İranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıqlarından sonra səslənib. ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla biznes əlaqələrini davam etdirən ölkələrə təzyiqi artıracağını açıqlayıb.

//Samir Qurbanov, Editor.az