Android smartfonlarının daha sürətli işləməsini təmin edən sadə üsul açıqlanıb.
XDA Developers-in məlumatına görə, Android-in tərtibatçı rejimində (Developer Options) bir neçə parametrin dəyişdirilməsi cihazın işini daha çevik göstərməyə imkan verir.
Bunun üçün “Window animation scale”, “Transition animation scale” və “Animator duration scale” parametrlərini 0,5x səviyyəsinə endirmək tövsiyə olunur.
Bu dəyişiklik smartfonun texniki göstəricilərini artırmır, lakin menyuların açılması və tətbiqlər arasında keçid zamanı animasiyaların müddətini azaldır. Nəticədə cihaz istifadəçiyə əvvəlkindən daha sürətli və çevik görünür.
Mütəxəssislər qeyd edirlər ki, tərtibatçı rejimində digər parametrləri bilmədən dəyişdirmək cihazın işinə təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az

