ABŞ dövlət katibi Marko Rubio ilə Almaniyanın xarici işlər naziri Yohann Vadeful arasında telefon danışığı baş tutub.
Danışıq zamanı Rusiya-Ukrayna münaqişəsi və onun diplomatik yolla həlli istiqamətində atılan addımlar müzakirə edilib.
Vadeful daha əvvəl bildirmişdi ki, Vaşinqtonun Ukrayna ilə bağlı diplomatik səylərində Rubionun daha fəal və birbaşa iştirak etməsini istəyir. Almaniya XİN rəhbəri danışıqların yenidən bərpa olunması üçün ABŞ-ın diplomatik prosesə daha aktiv cəlb edilməsinin vacibliyini vurğulayıb.
Berlinin Türkiyə, Körfəz ölkələri və Misir də daxil olmaqla, Rusiya ilə daha sıx əlaqələri olan dövlətlərlə də diplomatik təmaslar apardığı bildirilir.
//Samir Qurbanov, Editor.az

