Almaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə 400 milyon dollar vəsait ayıracaq.
Bu vəsait əsasən hava hücumundan müdafiə sistemləri üçün sursatların, o cümlədən Patriot sistemləri üçün nəzərdə tutulan raket-tutucuların alınmasına sərf olunacaq.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Pistorius bildirib ki, Ukraynanın hava məkanının müdafiəsinin gücləndirilməsi hazırda prioritet məsələlərdən biridir və ayrılan maliyyə dəstəyi ölkənin raket və pilotsuz uçuş aparatları hücumlarına qarşı imkanlarını artırmağa xidmət edəcək.
Qərar Almaniyanın Ukraynaya hərbi dəstəyinin davam etdiyini və xüsusilə hava hücumundan müdafiə sahəsinə xüsusi önəm verdiyini göstərir.
//Samir Qurbanov, Editor.az


