“Güclü Ermənistan” blokunun nümayəndəsi Kazinyan həbs edilibbackend

“Güclü Ermənistan” blokunun nümayəndəsi Kazinyan həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güclü Ermənistan” blokundan (“Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın partiyası) deputalığa namizəd David Kazinyan həbs edilib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan bildirib.

“Antikorrupsiya Məhkəməsi David Kazinyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Vəkil məhkəmənin qərarından şikayət etmək niyyətindədir”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası David Kazinyanı toxunulmazlıqdan məhrum edib.

Daha əvvəl vəkil D.Kazinyana qarşı cinayət işinin “rüşvət verməyə hazırlıq”la bağlı olduğunu bildirmişdi.