Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTObackend

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb.

Editor.az  “Unikal”a istinadən xəbər verir ki, Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Sakit oğlu Niftiyev vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı.

Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əsəd Nazim oğlu Əliyev adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub. Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib.

Fotoda Yalçın Niftiyev:

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO