Dollar son bir ilin ən yüksək səviyyəsinə çatdıbackend

Dollar son bir ilin ən yüksək səviyyəsinə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dollarının məzənnəsi iyunun 18-də bir ildən artıq müddətdə qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Buna səbəb ABŞ Mərkəzi Bankı olan Federal Reserve-nın faiz dərəcələrini dəyişməz saxlaması, eyni zamanda pul-kredit siyasəti ilə bağlı daha sərt mövqe nümayiş etdirməsi olub.
İnvestorlar Federal Ehtiyat Sisteminin gələcəkdə faiz endirimlərinə daha ehtiyatla yanaşacağını qiymətləndirdikdən sonra dollar əsas valyutalara qarşı möhkəmlənib.

Analitiklərin fikrincə, yüksək faiz dərəcələrinin daha uzun müddət saxlanılması perspektivi dolların cəlbediciliyini artırır və bu da onun məzənnəsinin yüksəlməsinə səbəb olur.
Dolların bahalaşması qlobal maliyyə bazarlarına, əmtəə qiymətlərinə və inkişaf etməkdə olan ölkələrin valyutalarına əlavə təzyiq yarada bilər.

//Samir Qurbanov, Editor.az