Xətai rayonunda küçədə 43 yaşlı kişi qəfil vəfat etdibackend

Xətai rayonunda küçədə 43 yaşlı kişi qəfil vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib.

Məlumata görə, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib.

O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.