Futbol tarixində ikinci dəfə qadın hakim dünya çempionatının oyununu idarə edəcəkbackend

Futbol tarixində ikinci dəfə qadın hakim dünya çempionatının oyununu idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol tarixində ikinci dəfə dünya çempionatının oyununda qadın baş hakim fəaliyyət göstərəcək.

“Report”un məlumatına görə, A qrupunun II turunun Çexiya – Cənubi Afrika Respublikası matçını ABŞ-dən olan Tori Penso idarə edəcək.

Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, fransalı qadın referi Stefani Frappar 2022-ci ildə gerçəkləşən mundialda Almaniya – Kosta Rika görüşündə (4:2) söz sahibi olub. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.