Avstriya orduda hərbi xidmət müddətini uzatmağa hazırlaşırbackend

Avstriya orduda hərbi xidmət müddətini uzatmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə icbari hərbi xidmət müddətinin 6 aydan 9 aya qədər artırılmasını nəzərdə tutan islahat paketi hazırlayır.
Reuters-in məlumatına görə, təşəbbüs Ukraynada davam edən müharibənin Avropanın təhlükəsizlik mühitinə təsiri fonunda irəli sürülüb.

Hökumət hesab edir ki, mövcud geosiyasi vəziyyət ordunun hazırlıq səviyyəsinin yüksəldilməsini zəruri edir.
İslahat layihəsində ehtiyat qüvvələrinin genişləndirilməsi, çağırışçıların əlavə hazırlıq proqramlarına cəlb olunması, eləcə də hərbi xidmətin cəlbediciliyini artırmaq üçün aylıq ödənişlərin yüksəldilməsi və sosial təminatların yaxşılaşdırılması da nəzərdə tutulur.

Qanun layihəsinin qüvvəyə minməsi üçün Avstriya parlamentində üçdə iki səs çoxluğu ilə qəbul edilməsi tələb olunur.

//Samir Qurbanov, Editor.az