Deputatın qardaşı möhkəm döyüldü: qonşu ölkədə qalmaqal böyüyür — Videobackend

Deputatın qardaşı möhkəm döyüldü: qonşu ölkədə qalmaqal böyüyür — Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakim partiyanın tanınmış simalarından birinin ailə üzvünə qarşı hücum ölkədə geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, Armlur, Shamshyan.com və Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, hadisə gecə saatlarında Abovyan şəhərində, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryanın qardaşı Avet Koncoryanın yaşadığı binanın qarşısında baş verib.

Məlumata görə, Avet Koncoryan bir neçə nəfərin hücumuna məruz qalıb. Zərərçəkən faktı təsdiqləyib. Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir nəfərin saxlanıldığını, digər şübhəlilərin isə axtarıldığını açıqlayıb.

Yerli KİV-in məlumatına əsasən, insidentin Abovyanda yaşayış komplekslərinin tikintisi ilə bağlı yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.

Shamshyan.com yazır ki, saxlanılan şəxs Abovyan Ağsaqqallar Şurasının üzvü Nairi Akopyandır. Nəşrin məlumatına görə, hücum edənlər arasında “Milon Mining” tikinti şirkətinin direktoru Babken Ovakimyan da olub.