Türkiyədən Ermənistanın suverenliyinə heç bir təhdid görmürəm.
Editor.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Avqustun 8-dən etibarən ümumiyyətlə hər hansı təhlükə görmürəm. Həmçinin Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğunu Türkiyə amili ilə əlaqələndirmək istəmirəm”, – o bildirib.

