Bakıda yolu zəbt edənlərdən biri: “İstəyərəm, dombalaq aşaram”backend

Bakıda yolu zəbt edənlərdən biri: “İstəyərəm, dombalaq aşaram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının müxtəlif yerlərində bəzi obyektlərin – xüsusilə şadlıq saraylarının ətrafı şlaqbaumla bağlanır. Bu da avtomobillərin hərəkətinə, eləcə də piyadaların gediş-gəlişinə mane olur.

Paytaxt sakinləri mövzuya münasibət bildirərkən qeyd ediblər ki, belə halların olmamasının tərəfdarıdırlar.

“Şlaqbaum başımıza da düşə bilər. Xüsusilə yol dardırsa, obyektin qarşısında şlaqbaum quraşdırılması düzgün deyil”, – deyə sakin narazılığını bildirib.

Sözügedən obyektlərin sahiblərindən biri isə məsələ ilə bağlı açıqlamasında “şəxsi yerimdir, istəyərəm, dombalaq aşaram”, – deyə cavab verib.

Daha ətraflı Baku TV-nin süjetində: