BMT-nin baş katibi Antonio Quterreş Ukrayna münaqişəsində gərginliyin artmasından və mülki infrastruktura, o cümlədən Rusiyanın ərazisindəki obyektlərə zərbələr endirilməsindən narahatlığını bildirib.
Editor.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik açıqlama verib.
Onun sözlərinə görə, Quterreş mülki əhali və infrastruktura qarşı hücumların dayandırılmasına çağırıb. BMT rəhbəri münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, son dövrlərdə Rusiya ərazisində də müxtəlif obyektlərə hücumlar həyata keçirildiyi barədə məlumatlar yayılır. BMT isə mülki əhalinin və mülki infrastrukturun qorunmasının beynəlxalq humanitar hüququn əsas tələblərindən biri olduğunu bildirir.
//Samir Qurbanov, Editor.az

