Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakovun Türkiyənin “Qalatasaray” klubu ilə müqaviləsinin müddəti məlum olub.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, 21 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
Batrakov “Qalatasaray”a Moskvanın “Lokomotiv” klubundan transfer olunub. Transferin məbləğinin 25 milyon avro olduğu, əlavə bonuslarla bu rəqəmin 29 milyon avroya çata biləcəyi bildirilir.
//Samir Qurbanov, Editor.az

