UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) ilə “Qarabağ” arasında keçirilən qarşılaşma başa çatıb.
Oxu.Az xəbər verir ki, matç Azərbaycan təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın yeganə qolunu 52-ci dəqiqədə Kadi Borges vurub.
Beləliklə, “Qarabağ” minimal üstünlük əldə edib.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

